RU
İstehsalçı şirkətdən
17:00
20

İstehsalçı şirkətdən "Kurtlar Vadisi"nin ssenarisi ilə bağlı AÇIQLAMA

Məşhur "Kurtlar Vadisi" və "Kurtlar Vadisi Pusu" seriallarının adı Türkiyədə keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında ölümünə dair yenidən başladılan istintaq çərçivəsində gündəmə gəlib.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində keçmiş polis rəisi Bayram Özbek sentyabrın 23-də "silahlı terror təşkilatı qurmaq və idarə etmək" və "qəsdən adam öldürməyə təhrik etmək" ittihamları ilə həbs edilib.

Türkiyə Baş Prokurorluğunun açıqlamasında Özbekin "Kurtlar Vadisi" serialının ssenarisinə müdaxiləsinin müəyyən edildiyi bildirilib. İstintaq çərçivəsində serialın bəzi bölümlərindəki səhnələrin Kaşif Kozinoğlunun ölümü ilə əlaqəsinin olub-olmadığının da araşdırıldığı qeyd olunub.

Mövzu ilə əlaqədar "Kurtlar Vadisi" və "Kurtlar Vadisi Pusu" seriallarının istehsal şirkəti olan "Pana Film" açıqlama yayıb.

Şirkətin açıqlamasında deyilir:

"Silivri Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 23 sentyabr 2026-cı il tarixində mətbuata yayılan xəbərlərdə istehsal etdiyimiz "Kurtlar Vadisi" və "Kurtlar Vadisi Pusu" seriallarının adının hallanması və adıçəkilən şübhəli şəxslə əlaqələndirilməsi səbəbindən aşağıdakı açıqlamanın verilməsi zərurəti yaranıb:

Bayram Özbek "Kurtlar Vadisi" və "Kurtlar Vadisi Pusu" layihələrində heç bir dövrdə ssenarist kimi fəaliyyət göstərməyib, ssenari heyətində yer almayıb və məsləhətçi vəzifəsini icra etməyib".
 
İstehsalçı şirkətdən Kurtlar Vadisinin ssenarisi ilə bağlı AÇIQLAMA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ