RU
Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)
13:50
19

Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)

Bollivudun tanınmış aktyoru Şahrux Xan 61 yaşını ailə üzvləri və yaxın dostlarının iştirakı ilə qeyd edib.

 Mumbayın məşhur "Taj" hotelində keçirilən özəl ziyafətdən sonra sənətçi onu görmək ümidi ilə məkanın qarşısında toplaşan fanatlarının yanına gəlib. Aktyor pərəstişkarlarına əl yelləyərək salam göndərib, onlara öpüş də yollayıb. Həmin anlar sosial şəbəkələrdə geniş maraq doğurub.

Şahrux Xan bu il illərdir davam etdirdiyi ənənəni pozaraq doğum günündə malikanəsinin eyvanına çıxmayıb. Bunun əvəzinə, evinin qarşısında onun adından pərəstişkarlarına təşəkkür mesajı yerləşdirilib.

Beləliklə, aktyor ənənəvi görüş baş tutmasa da, doğum günündə onu gözləyən fanatlarını diqqətdən kənarda qoymayıb.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ