RU
Sibel Canın sevgilisi atasını ifşa etdi:
14:10
24

Sibel Canın sevgilisi atasını ifşa etdi: "Həyatım təhlükədədir"

Çirkli pulların yuyulması ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Emir Sarıgül atası, millət vəkili Mustafa Sarıgül və "Yeni Partiya"nın lideri Özgür Özel barəsində səs-küylü iddialar səsləndirib.

Bu barədə "Haber Global" məlumat yayıb.

Emir Sarıgülün sözlərinə görə, atası Özgür Özelə ümumilikdə 600 min dollar pul verib. Sarıgül iddia edib ki, ilk 250 min dolları Mustafa Sarıgül Özelin avtomobilində qoyub. Daha sonra restoranlardan birində növbəti dəfə pul ödənilib. Qalan 100 min dolların isə iki şərflə birlikdə hədiyyə qutusunda gizlədilərək şam yeməyi zamanı təqdim edilib.

Emir Sarıgül bu pulun verilməsi məsələləri barədə birbaşa atasından öyrəndiyini qeyd edib. Onun bu iddialarını təsdiqləyən hər hansı müstəqil sübut hələlik yoxdur. Bununla yanaşı, o, anasının vəfatından sonra qalan miras üstündə atası ilə münaqişə yaşadığını və ciddi maliyyə çətinlikləri ilə üzləşdiyini də diqqətə çatdırıb.

Hazırda həbsdə olan Emir Sarıgül sərbəst buraxılmasını və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib. İstintaq olunan hadisələrdə heç bir iştirakının olmadığını deyən Sarıgül, eyni zamanda həyatı üçün təhlükə olduğunu bildirərək dövlət mühafizəsi tələb edib.
 
Qeyd edək ki, çirkli pulların yuyulması, korrupsiya və gizli ortaqlıqlarla bağlı başlanmış cinayət işində Mustafa Sarıgülün sabiq xanımı Aylin Kotil, oğulları Ömər Sarıgül və tanınmış müğənni Sibel Canla sevgili olan Əmir Sarıgül də var. Bundan başqa, sözügedən istintaqa jurnalist Murad Ağırel də cəlb edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ