Bu gün Ceyranbatan gölündən meyit tapılması ilə bağlı bəzi media orqanlarında məlumatlar yayılıb.
İri Şəhərlərin Su Təchizatı Agentliyi yayılan xəbərlərə münasibət bildirib:
İri Şəhərlərin Su Təchizatı Agentliyi yayılan məlumatlarla bağlı açıqlama yayıb:
"Bu gün bəzi media orqanlarında Ceyranbatan gölündən meyit tapılması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib. Ceyranbatan Su Təchizatı İdarəsinin su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Mahir Ramazanov iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə əsasən, Mahir Ramazanov ürəktutma səbəbindən vəfat edib. Allah rəhmət etsin”.








