Rusiyanın Baltik dənizi sahilində yerləşən ən böyük ixrac limanlarından biri olan Ust-Luqada dron hücumundan sonra güclü yanğın baş verib.
Bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko "Telegram” kanalında məlumat yayıb.
Qubernatorun sözlərinə görə, noyabrın 11-də gecə saatlarında baş verən hücum nəticəsində liman ərazisində yanğın başlayıb. Hücum zamanı üç işçinin yaralandığı bildirilir.
Drozdenko həmçinin hücum nəticəsində Ust-Luqadakı elektrik yarımstansiyasının fəaliyyətinin dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, Ust-Luqa limanı Rusiyanın neft, neft məhsulları, taxıl və digər əmtəələrin ixracı üçün mühüm logistika mərkəzlərindən biridir. Liman Finlandiya körfəzi sahilində, Estoniya sərhədinə yaxın ərazidə yerləşir.








