RU
Bolqarıstanın “Botev Plovdiv” klubunun prezidenti güllələnərək öldürülüb
11:50
19

Bolqarıstanın “Botev Plovdiv” klubunun prezidenti güllələnərək öldürülüb

Bolqarıstanın "Botev Plovdiv” futbol klubunun prezidenti, biznesmen İliyan Filipov öldürülüb.

Bu barədə Bolqarıstanın "NOVA” telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə sentyabrın 30-na keçən gecə Plovdivdə baş verib. Polisə gecə saat 01:00 radələrində atəş açılması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları onun öldüyünü müəyyən ediblər.

İlkin məlumata əsasən, Filipov odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Bolqarıstan polisi və Plovdiv dairə prokurorluğunun nümayəndələri keçirdikləri brifinqdə hadisənin qəsdən adamöldürmə kimi araşdırıldığını bildiriblər. İstintaqın bütün mümkün versiyalar üzrə aparıldığı qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ