7NEWS.az xəbər verir ki, bazar günü Bosniya və Herseqovinada keçiriləcək seçki ilə Prezidentlik Şurasının Serb üzvü vəzifəsini təhvil verməyə hazırlaşan Milorad Dodik, Serb Respublikasını (RS) təmsil edəcək xarici işlər nazirinin təyin edilməsində israrlı olacağını söyləyib. Bu arada Mərkəzi Seçki Komissiyası (CSK) bazar günü keçirilən seçkilərdə səslərin 91 faizinin hesablandığını açıqlayıb. Demokratik Tərəqqi Partiyasından (PDP) RS prezidentliyinə namizəd Jelena Triviçlə rəqabət aparan Dodikin 48 faiz səslə öndə olduğu bildirilib. Triviçin 43 faiz səs topladığı bildirilib.
7NEWS.az








