7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 üzvlü OPEC-in və Rusiyanın başçılıq etdiyi OPEC-ə daxil olmayan 10 neft hasil edən ölkənin energetika və neft nazirlərinin bazar şərtlərini qiymətləndirmək üçün onlayn rejimdə keçirilən OPEC və qeyri-OPEC Nazirlərinin 36-cı Toplantısı başa çatıb. OPEC-dən verilən yazılı açıqlamada, 2024-cü ilin yanvar ayından etibarən OPEC+ qrupu ittifaqına daxil olacaq Braziliyanın Mədən və Energetika naziri Aleksandr Silveyranın toplantıda iştirakının müsbət qarşılandığı bildirilib.
7NEWS.az








