Braziliya Prezidenti Jair Bolsonaru ehtimal ki, yenidən bağırsaq keçirməzliyi səbəbindən xəstəxanaya yerləşdirilib.
Bu barədə "Agence France-Presse” xəbər verir
Qeyd edək ki, Bolsonaru 2021-ci ilin iyulunda da eyni səbəbdən xəstəxanaya yerləşdirilib. O, dörd gün xəstəxanada qaldıqdan sonra evə buraxılıb.
Braziliya mediasının məlumatına görə, Bolsonaru bazar ertəsi səhər tezdən təcili xəstəxanaya yerləşdirilib. Ölkə lideri ölkənin cənubunda istirahətini yarımçıq qoymağa məcbur olub. Xəstəxanadan bildirilib ki, hazırda onun vəziyyəti sabitdir./report
7NEWS.Az








