7News.az xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro və San-Paulo ştatlarında baş verən güclü fırtına nəticəsində beş nəfər həyatını itirib. Fırtına onlarla ağacın və elektrik xəttinin aşmasına, həmçinin binaların damlarının uçmasına səbəb olub. Genişmiqyaslı elektrik kəsintiləri qeydə alınıb.








