RU
Braziliyada konqres basqında iştirak edən 140 nəfərə həbs qərarı verilib
11:23
23

Braziliyada konqres basqında iştirak edən 140 nəfərə həbs qərarı verilib


Braziliya məhkəməsi; Milli Konqres, Prezident Sarayına və Federal Ali Məhkəməyə basqın etməkdə ittiham edilərək 140 nəfər üçün "müəyyən müddətsiz qabaqlayıcı həbs” qərarı verib. 

7NEWS.az xəbər verir ki, Ali Məhkəmə prezident Jair Bolsonaro tərəfdarı olan 1459 məhbusdan 140-ı üçün qeyri-müəyyən profilaktik həbs qərarı verib. Hakim Alexandre de Moraes cinayət başında yaxalanan 140 nəfər haqqında həbs qətimkan tədbiri olaraq belə bir qərarın alındığını və hələ də həbs cəzası almadıqlarını bildirib. 

Həbsdə olan Bolsonora tərəfdarları "ictimai əmlaka zərər vurmaq, demokratik qanunun aliliyinin zorakılıqla məhv edilməsi və dövlət çevrilişinə cəhd” ittihamı ilə mühakimə olunurlar. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ