RU
Braziliyada konteyner anbarı uçu: 9 ÖLÜ, 28 YARALI
17:54
52

Braziliyada konteyner anbarı uçu: 9 ÖLÜ, 28 YARALI


7NEWS.az xəbər verir ki, Braziliyanın San-Paulu əyalətinin Itapecerica da Serra bölgəsində müəssisələrə konteyner satan və icarəyə verən Multiteiner şirkətinə məxsus anbar çöküb. Hadisə yerinə çoxlu ilkin tibbi yardım və polis qrupları göndərilib. Yanğınsöndürmə briqadasının sözçüsü Luciana Soares bildirib ki, qəza anbarda olan 64 işçi və 2 parlament namizədi Cons Donizette və Ely Santos seçkidən əvvəl obyekti ziyarət edərkən baş verib. Səlahiyyətlilər hadisə nəticəsində 9 nəfərin həyatını itirdiyini, 28 nəfərin yaralandığını bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ