RU
Bred Pittə qarşı istintaq yekunlaşdı - Qərar
12:23
340

Bred Pittə qarşı istintaq yekunlaşdı - Qərar

Hollivud ulduzu Bred Pittə qarşı aparılan istintaq başa çatıb. 

7News.az xarici KİV-lərə istinadən xəbər verir ki, Los-Ancelesin Ailə və Uşaq məsələləri üzrə Departamenti Bred Pittin uşaqlarına qarşı şiddət tətbiq etmədiyi qənaətinə gəlib. Bununla əlaqədar olaraq Departament Hollivud aktyoruna qarşı aparılan istintaq işinin bağlanması barədə qərar çıxarıb. 

Qurumun əməkdaşları 15 yaşlı Meddoksa qarşı atasının şiddət tətbiq etməsi barədə iddianı irəli sürən aktrisa Ancelina Coli və uşaqları ilə danışıqlar aparıb. Eyni zamanda hadisə şahidlərinin də ifadəsi dinlənilib. Nəticədə Pittin ünvanına səslənən ittiham öz təsdiqini tapmayıb. 

Hələ sentyabr ayında Ancelina Coli ərinin 15 yaşlı Meddoksa qarşı şiddət tətbiq etməsi barədə ittiham səsləndirərkən də Meddoksun bədənində hər hansı bir zorakılıq əlamətinə rast gəlinməmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ