RU
Britaniya COVID-19-un müalicəsi üçün hazırlanmış ilk dərman vasitəsini təsdiqləyib
22:50
1808

Britaniya COVID-19-un müalicəsi üçün hazırlanmış ilk dərman vasitəsini təsdiqləyib

Yeni növ koronavirus (COVID-19) infeksiyasının simptomatik müalicəsi üçün hazırlanmış ilk həb Böyük Britaniyanın dərman tənzimləyicisi tərəfindən təsdiqlənib.

 "Molnupiravir” adlanan həb qısa müddət ərzində xəstəlik diaqnozu qoyulmuş həssas xəstələrə gündə iki dəfə verilməyə başlanacaq.

"Bu gün ölkəmiz üçün tarixi bir gündür. Çünki Böyük Britaniya dünyada COVID-19-un müalicəsi üçün evdə qəbul edilə bilən antiviral dərmanı təsdiqləyən ilk ölkədir”, - Britaniyanın səhiyyə naziri Sacid Cavid qeyd edib./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ