RU
Britaniyada kollec rəhbəri, həyat yoldaşı və qızı təhsil ocağında ölü tapılıb
11:40
146

Britaniyada kollec rəhbəri, həyat yoldaşı və qızı təhsil ocağında ölü tapılıb

Böyük Britaniyanın Surrey qraflığında Epsom Kollecinin ərazisində təhsil ocağının rəhbəri, həyat yoldaşı və 7 yaşlı övladı ölü tapılıb.

Bu barədə Surrey qraflığının polisi açıqlama yayıb.

Press-relizə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları kollecin ərazisində uşaq daxil olmaqla 3 nəfərin meyitini aşkarlayıblar:

"Surrey polisi təsdiq edə bilər ki, aşkarlanan meyitlər Epsom Kollecinin rəhbəri 45 yaşlı Emma Pattison, onun 7 yaşlı qızı Letti və 39 yaşlı əri Corca məxsusdur”.

Hadisənin başvermə səbəbləri araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ