RU
Britaniyada qeyri-adi soyğunçuluq: Oğurladıqları ekskavatorla bankomatı söküb apardılar - VİDEO
13:00
23

Britaniyada qeyri-adi soyğunçuluq: Oğurladıqları ekskavatorla bankomatı söküb apardılar - VİDEO

Böyük Britaniyada maskalı şəxslərdən ibarət cinayətkar qrup oğurlanmış ekskavatorun köməyi ilə bankomatı binanın divarından qoparıblar.

Hadisə barədə "The Sun" nəşri məlumat yayıb.

Qeyri-adi soyğunçuluq Kembricşir qraflığının Remsi şəhərində yerləşən "Nationwide" kooperativ bankının filialında qeydə alınıb.

Gizli kamera vasitəsilə lentə alınan videoda ekskavatorun binanın divarına bir neçə dəfə zərbə endirdiyi əks olunub.

"Ağır texnika bankomatı divardan söküb çıxarır, bundan sonra maskalı şəxslər onu avtomobilin yük yerinə qoyurlar. Səhər tezdən maşın cinayət yerindən sürətlə uzaqlaşır", - deyə məqalə müəllifləri qeyd ediblər.

Ardınca digər iki soyğunçu ikinci avtomobilə əyləşərək ərazini tərk edib. Kembricşir polisi ekskavatorun da böyük ehtimalla oğurlandığını bildirib. Bankomatın içərisində on minlərlə funt sterlinq məbləğində pulun ola biləcəyi ehtimal edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ