RU
Bakıda üzərinə kerosin tökülən 41 yaşlı şəxs xəstəxanada dünyasını dəyişdi
12:20
21

Bakıda üzərinə kerosin tökülən 41 yaşlı şəxs xəstəxanada dünyasını dəyişdi

Bakıda ağır yanıq xəsarətləri alan şəxs xəstəxanada dünyasını dəyişib.

Hadisə iyunun 15-də Sabunçu qəsəbəsində baş verib. Məlumata görə, 1985-ci il təvəllüdlü F.Mustafayev yaşadığı evin həyətində yanıq xəsarətləri alıb.

Bildirilib ki, onun üzərinə kerosin tökülməsi nəticəsində ağır yanıq xəsarətləri yaranıb. Tibbi müəssisəyə yerləşdirilən şəxs həkimlərin səylərinə baxmayaraq, iyunun 16-da vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ