Hindistanın Maharaştra ştatından olan 80 yaşlı Rambhau Bodke 32 il daş yeyərək yaşayır.
Bu barədə "Newsflare" yazır.
Bodke ilk daşını 1989-cu ildə kəndindən olan yaşlı bir qadının tövsiyəsi ilə udub. Qadın bunun mədə ağrısından xilas edəcəyinə inanıb. Onun metodu kömək etdikdə kişi daşları gündəlik rasionunun ayrılmaz hissəsinə çevirib.
80 yaşında olmasına baxmayaraq, Bodke hələ də hər gün təxminən 250 qram çınqıl daşı yeyir. Bu rasion həkimləri dəhşətə gətirir, lakin şəxsin özü burada pis heç nə görmür və daşların müalicəvi gücünü tərkibindəki kalsiumla izah edir.
Torpaq yemək geofagiya adlanır və bir çox ölkədə yayılıb.
Qabon, Kamerun və Ekvatorial Qvineyada bibər və hil ilə qarışdırılmış gilli mineral kaolinit, Haitidə duz və tərəvəzlə qarışdırılan palçıqlı "pirojki"lər yeyilir. İndoneziyada isə düyü sahələrindən götürülən torpaqdan "ampo" yeməyi hazırlanır. Torpağı daha çox qadınlar (xüsusilə hamiləlik dövründə) yeyirlər.
2007-ci ildə yayılan xəbərə görə, Çinin Tszyansi əyalətinin sakini Şen Şoudun hər gün 3-4 qaşıq çay qumu yeyir və bunun ona liposarkoma və mədə xoralarından qurtulmasına kömək etdiyini iddia edir.








