RU
lombard
Bu adam koronavirusla mübarizə aparmaq üçün GÖRÜN, NƏ ETDİ - VİDEO
17:03
258

Bu adam koronavirusla mübarizə aparmaq üçün GÖRÜN, NƏ ETDİ - VİDEO

Türkiyənin Altınordu şəhərində 25 il satıcı işləyən 55 yaşlı Orxan Sarı bütün dünyanı qorxuya salan koronavirusla mübarizə üçün yeni üsul fikirləşib.

7News.Az-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, o, aldığı bütün pulları qaynadaraq, "dezinfeksiya" edir. 
 
Gün ərzində əldən-ələ dolaşıb "əl çirkinə" çevrilən pullardan virusa yoluxa biləcəyini düşünən Sarı onları qaynadıb qurutduqdan sonra işlədir. O, pulları şorba kimi qarışdırmadığını, sadəcə qaynayan suya salıb çıxartdığını və əsla zədələmədiyini deyir.

Bu adam koronavirusla mübarizə aparmaq üçün GÖRÜN, NƏ ETDİ - VİDEO

Satıcı kağız pulları hətta ağardıcıya da qoymağı düşünüb, lakin onların korlanacağından qorxduğu üçün fikrindən daşınıb.

Satıcı dükana heç kimi buraxmır, alıcılara da ərzaqları məsafə saxlayaraq qapıdan verir.

Onun bu tədbirlərini alqışlayanlar da var, lazımsız bilənlər də.

Bəs sizin buna münasibətiniz necədir?


Koronaya Karadeniz usulü çözüm: 100 derece!
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ