RU
Bu gün qar yağacaq - XƏBƏRDARLIQ
11:10
580

Bu gün qar yağacaq - XƏBƏRDARLIQ

Bu gündən ölkə ərazisində hava şəraiti yenidən pisləşir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Martın 11-i gün ərzində bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. 

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-6, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 11-də hava şəraitinin çiskinli olacağı, gün ərzində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ