Bu kənddə kişilər və qadınlar müxtəlif dillərdə danışırlar
7News.az xəbər verir ki, Nigeriyanın cənubundakı Kross-River ştatında yaşayan Ubang icması dünya miqyasında son dərəcə nadir rast gəlinən bir dil ənənəsini qoruyub saxlayır. Eyni kənddə yaşayan kişilər və qadınlar su, daş və keçi kimi gündəlik əşyaları, eləcə də müəyyən hərəkətləri ifadə etmək üçün fərqli sözlərdən istifadə edirlər. Buna baxmayaraq, hər iki qrup bir-birinin nə dediyini asanlıqla başa düşə bilir.