RU
Bu ölkədə 60 qadın qaçırılıb
17:40
133

Bu ölkədə 60 qadın qaçırılıb

Silahlılar Burkina Fasonun şimalında 60-a yaxın qadını qaçırıblar.

7News.Az xəbər verir ki, bu barədə Aribenda hakimiyyətinə istinadən məlumat yayılıb.

Məlumata görə, yanvarın 12 və 13-də yaraqlılar şəhərin yaxınlığında meşəlik ərazidə giləmeyvə yığan qadınlara hücum ediblər.

Ordu bölmələri və yerli özünümüdafiə qüvvələri oğurlananların axtarışını davam etdirir.

Səlahiyyətlilər hücumların terror qruplaşmalarının yaraqlıları tərəfindən törədildiyini güman edirlər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ