RU
Bu ölkədə virusla əlaqədar 5 günlük qadağa tətbiq edildi
15:00
251

Bu ölkədə virusla əlaqədar 5 günlük qadağa tətbiq edildi

Şimali Koreyada təsbit olunmayan tənəffüs yoluxucu xəstəlik şübhəsi ilə paytaxt Pxenyanda 5 günlük çölə çıxmaq qadağası tətbiq edilib.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, xalq bu qadağanın uzadılması ilə əlaqədar olaraq ərzaq ehtiyatı toplamağa başlayıb.

Səlahiyyətlilər yoluxmaların sayının artmasının qarşısını almaq üçün paytaxtda bəzi qadağaların tətbiq edildiyini açıqlayıb.

Məlumata görə, xəstəliyin növü hələ müəyyən edilməyib, lakin paytaxt sakinlərindən gündə bir neçə dəfə bədən istiliyini ölçmələri xahiş olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ