RU
Bu ölkələr rus turistləri qəbul etmir
23:50
1770

Bu ölkələr rus turistləri qəbul etmir

Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Slovakiya, Danimarka, Belçika və Niderland rusiyalı turistlərdən viza almaq üçün sənədləri qəbul etmir.

Bu barədə Rusiya Tur Operatorları Assosiasiyası məlumat yayıb.

Agentlik bununla bərabər bəzi ölkələrin ruslara viza verməkdə davam etdiyini bildirib. İndiyədək turist səfərləri üçün vizalara görə sənədlər vermiş və qəbul etməyə davam edən AB ölkələrinin siyahısına İtaliya, İspaniya, Yunanıstan, Fransa, Macarıstan və Cənubi Kipr (milli viza, Şengen deyil) daxildir.

Bununla belə, müxtəlif səbəblərə görə (məsələn, konsulluğun işçilərinin sayının azaldılması ilə əlaqədar) ruslar tərəfindən verilən viza müraciətlərinə baxılma vaxtı xeyli uzanıb. Orta hesabla sənədlərə baxılması təxminən 4 həftə çəkir, lakin vəziyyət konsulluğa görə dəyişir. Belə ki, Macarıstanın Moskvadakı konsulluğu orta hesabla 15 təqvim günü, Yunanıstan konsulluğu isə 2,5 həftə ərzində viza verir./musavat
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ