"Cənab Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşadakı görüşdən sonra verdiyi bəyanat Azərbaycan - Slovakiya əlaqələrinin yüksək səviyyəsini bir daha təsdiqlədi. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinin uğurla icra olunması iki ölkə arasındakı güclü siyasi iradənin bariz nümunəsidir. Xüsusilə qürurvericidir ki, Slovakiya şirkəti Ağdamın Baş Qərvənd kəndində "Ağıllı kənd” layihəsini həyata keçirməklə Qarabağın bərpasına real töhfə verir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Prezident Pelleqrininin bu səfəri onun ölkəmizlə tanışlığının davamıdır. O, əvvəllər parlament sədri, baş nazir, indi isə dövlət başçısı statusunda Azərbaycana gəlib.Bu, xalqlarımız arasındakı səmimi və dostluq münasibətlərinin faktiki, gerçək təzahürüdür. İnanırıq ki, Slovakiya ilə əməkdaşlığımız iqtisadiyyat, energetika və hərbi - texniki sahələrdə daha da dərinləşəcək.” - deyə Partiya sədri fikirlərinə davam edib.








