RU
Bu şəxslər pullarını geri ala biləcək - Yenilik
13:40
76

Bu şəxslər pullarını geri ala biləcək - Yenilik

Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır.

 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması müvafiq qaydalar əsasında həyata keçirilir.

Qeyd olunub ki, əcnəbilərə göstərilən tibbi xidmətlərə görə ƏDV yalnız nağdsız ödənişlər üzrə geri qaytarılır.

Məlumata əsasən, əcnəbi şəxsin Azərbaycanda tibb müəssisələrindən aldığı tibbi xidmətlərə görə nağdsız şəkildə ödədiyi ƏDV ölkə ərazisini tərk edərkən "Tax Free" rejimində geri qaytarılır.

Bunun üçün qaydaların tələblərinə əməl olunması zəruridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ