RU
18:19
578

"Bura Hindistan deyil, Azərbaycandır" - Bakıda "ÖLÜM MAŞINI" - VİDEO

Bakı sakini Elnur Adilov Milli.Az-a müraciət edərək 147 saylı marşrut avtobuslarından şikayət edib: "Sizdən xahiş edirəm ki, Bakı küçələrində şütüyən bu "ÖLÜM MAŞINI" barədə tədbir görəsiniz. Başa düşün, hər an baş verə biləcək qəzanın və insan ölümünün heç bir bəraəti yoxdur".

Onun sözlərinə görə, çox təəssüf ki, dəfələrlə mətbuatda qeyd edilməsinə baxmayaraq, Abşeron rayonunun Digah qəsəbəsindən metronun "Azadlıq prospekti" stansiyası marşrutu üzrə hərəkət edən 147 saylı avtobus barədə heç bir tədbir görülmür. Əksinə, vəziyyət gündən-günə pisləşir.

Şikayətçi qeyd edib ki, avtobuslar sərnişinləri qapısı açıq, bəziləri qapıdan sallanmış halda daşıyır. E.Adilov bununla bağlı redaksiyaya konkret video fakt da göndərib: "Xahiş edirəm bu avtobusa fikir verin! Artıq ağırlıqdan avtobus sağ yanı üstə gedir. Sizə bir sualım var. Bir avtobusda bayırda "podnoşka"da 8 nəfər gedə bilər? İnanmırsınızsa, bu video fayla baxın! Qarşıda 3 nəfər, arxada isə 5 nəfər... Özü də bayırda "podnoşka"da. Xeyr! Bura Hindistan deyil, Azərbaycandır..."

7News.az

Videonu izləmək üçün şəklə klikləyin:

147 saylı avtobusdan istifadə edən sərnişinlər narazıdırlar - 1

147 saylı avtobusdan istifadə edən sərnişinlər narazıdırlar - 2

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ