7News.az xəbər verir ki, Böyük Britaniyada 100 000 keçmiş hərbçiyə müharibəyə hazırlıqla bağlı məktublar göndərilib. Böyük Britaniya Müdafiə Nazirliyi strateji ehtiyat qüvvələri kimi təsnif edilən bu 100 000 keçmiş hərbçiyə müraciət edərək, onları mümkün müharibəyə hazır olmağa çağırıb. Müdafiə Nazirliyi bildirib ki, həmin 100 000 keçmiş hərbçi təlimlərdə, məşqlərdə və NATO təlimlərində könüllü şəkildə iştirak edə bilər. "Strateji ehtiyat" qüvvələrinə göndərilən məktublarda onlardan əlaqə məlumatlarını yeniləmələri, həmçinin hazırkı iş yerləri və malik olduqları bacarıqlar barədə hərbi quruma məlumat vermələri xahiş olunub. Bu, İkinci Dünya Müharibəsindən bəri ehtiyatda olan heyətin xidmətə çağırıldığı ilk haldır.








