RU
İtaliya məktəblərində burqa və üzü tam örtən örtüklərin qadağan edilməsi təsdiqləndi
17:55
76

İtaliya məktəblərində burqa və üzü tam örtən örtüklərin qadağan edilməsi təsdiqləndi


7News.az xəbər verir ki, İtaliyada məktəblərdə burqa və üzü tam örtən örtüklərin istifadəsini qadağan edən qanun layihəsi Deputatlar Palatası tərəfindən təsdiqləndi. Daha əvvəl Senatdan da keçən sənəd 142 lehinə, 112 əleyhinə səslə qəbul edilib. Qaydalara əsasən, qadağanı pozanları 1000 avroya qədər cərimə gözləyir. İtalyan dilini kifayət qədər bilməyən əcnəbi tələbələr üçün 30 faizlik kvota tətbiq edilməsini də nəzərdə tutan bu qanun layihəsi müxalifətin tənqidinə səbəb olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ