7News.az xəbər verir ki, Qazaxıstandakı bir kafedə, gənc qadınlarla tanış olmaq cəhdləri rədd edilən altı kişidən biri qadınları təhqir etdi və onlara şüşə stəkan atdı. Hücum nəticəsində ağız nahiyəsindən xəsarət alan və dişi qırılan gənc qadına tikiş qoyulması tələb olundu.








