RU
lombard
Üç övladıyla itkin düşən qadından gözlənilməz qərar - Ərindən ayrılır, anasından İMTİNA EDİR - FOTO
16:30
233

Üç övladıyla itkin düşən qadından gözlənilməz qərar - Ərindən ayrılır, anasından İMTİNA EDİR - FOTO

Bir neçə gün öncə üç övladıyla birlikdə itkin düşən Əfsanə İsayeva tapılıb.

7News.Az xəbər verir ki, qadın Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinə gələrək əri Səxavət İsayevin onu qırmancla, şallaqla döydüyünü, işgəncələr verdiyini bildirib.

S.İsayev canlı efirə gələrək Əfsanənin dediklərini təsdiq edib:

"Əsəbi olmuşam, bilməmişəm. O, məni qısqanır və aramızda mübahisə yaranır, cavab qaytarır, mən də əsəbiləşib vururam".

Əfsanə İsayeva bildirib ki, o, ərindən boşanmaq istəyir. O, həmçinin anası və qardaşından da incik olduğunu dilə gətirib:

 

"Xahiş edirəm, məni sığınacağa yerləşdirin. 10 ildir dözürəm, daha dözə bilmirəm. Bir il əvvəl anamın yanına getdim. Dedi ki, oğlum əsgərlikdən gəlir, başım qarışıqdır, get, ər evindən ağ kəfənlə çıxacaqsan. İndi mənə nə qardaş, nə də ana lazım deyil".

Səxavət İsayev isə boşanmaq istəmədiyini deyib. (ölkə.az)

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ