RU
Canlı yayımda QALMAQAL: Aparıcı efiri TƏRK ETDİ - VİDEO
16:40
638

Canlı yayımda QALMAQAL: Aparıcı efiri TƏRK ETDİ - VİDEO

"Beyaz TV" ekranlarında yayımlanan "Söylemezsem olmaz" proqramında qalmaqal yaşanıb.

7News.Az Axşam.az-a istinadən bildirir ki, tez-tez mübahisəyə səbəb olacaq açıqlamalar verən aparıcı Seren Serengil bu dəfə həmkarı Arto ilə dalaşıb.

 

Veriliş zamanı aktyor Uraz Kaygılaroğlunun keçmiş dostunun sevgilisi Berrak Tüzünataçla eşq yaşaması müzakirə edilib. Bu vaxt aparıcı Arto onu dəstəklədiyini və hər hansı bir insanın dostunun sevgilisi ilə eşq yaşamasını normal qəbul etdiyini bildirib. Bunu eşidən Seren əsəbiləşib və ona etiraz edərək belə bir halın yol verilməz olduğunu söyləyib.

Daha sonra ikili arasındakı müzakirə mübahisəyə çevrilib və Serengil studiyanı tərk edib.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ