RU
CAR Afrika ölkələrinə iki milyon doza peyvənd bağışlayıb
02:30
1359

CAR Afrika ölkələrinə iki milyon doza peyvənd bağışlayıb

Cənubi Afrika Respublikası (CAR) Afrika qitəsinin digər ölkələrinə iki milyon doza koronavirus peyvəndi bağışlayıb.

Bu barədə CAR hökuməti məlumat yayıb.

"Bu ianə ictimai sağlamlıq və iqtisadi rifah üçün misli görünməmiş təhlükəyə qarşı birgə mübarizəmizdə Cənubi Afrikanın qitə xalqları ilə həmrəyliyini ifadə edir", - hökumətin yaydığı açıqlamada deyilir.

Cənubi Afrikada istehsal edilən iki milyon dozalıq "Johnson & Johnson" peyvəndi gələn ilin əvvəlində Afrika Birliyinə, daha sonra qitənin həyat standartları aşağı olan ölkələrinə göndəriləcək./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ