İlin ən maraqlı dəfiləsinə sayılı günlər qalıb. "Victoria Secret"-in alt paltarı şousu dekabrın 5-də olsa da, modellər dəfiləyə bir neçə ay əvvəlcədən hazırlaşır.

7News.az xarici mətbuata istinadən "Victoria Secret” alt paltarlı brendinin ən məşhur mələklərinin gözəllik sirlərini təqdim edib.

Əlbəttə ki, belə qüsursuz bədən quruluşuna sahib olmaq və onu qoruyub saxlamaq asan deyil. Bunun üçün modellər gecəsini-gündüzünə qatıb saatlarla zallarda idman edir, ağırlıq qaldırır, tər tökürlər. Əslində, onların məşğul olmadığı idman növü yoxdur. Hətta çoxları balet rəqslərinə yazılır, ən çətin hərəkətləri yerinə yetirir, həmçinin boks sənətinin sirlərinə yiyələnirlər.

Demək olar ki, hər gününü idman zalında keçirən gözəl modellər fotolarını sosial şəbəkədə izləyiciləri üçün paylaşır, xanımlara yaxşı nümunə olmağa çalışırlar.

Sözsüz ki, bu modellərin sağlam qidalandıqlarını unutmaq olmaz. Amma etiraf edək ki, idmansız qüsursuz gözəlliyə nail olmaq qeyri-mümkündür.

















