Cəbiş müəllimin arvadının xəyanət görüntüləri: Kəsilən kadrlar – VİDEO

Cəbiş müəllimin arvadının xəyanət görüntüləri: Kəsilən kadrlar – VİDEO

"Bizim Cəbiş müəllim” filminin sonluğu haqqında bilinməyən məlumatlar yayılıb.

Ekran əsəri belə bitməməliymiş. Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə ərinə xəyanət edir. Bu xəyanəti görən Cəbiş müəllim isə könüllü cəbhəyə yollanır və film onun ölümü ilə başa çatır. Lakin filmə baxış keçirilərkən bu səhnələr qayçılanıb və bizim gördüyümüz sonluq çəkilib. Bu söhbət kino dəhlizlərində çoxdan gəzir.

7News.Az kulis.az-a istinadla xəbər verir ki, əslində filmin bizə təqdim edilən variantında faciəvi sonluğa işarələr var. Misal üçün bazar səhnəsində Əbülfəz Cəbiş müəllimin arvadını öz arvadı kimi təqdim edir. Başqa bir yerdə sabun üçün ləvazimatları tapır və s. Əlbəttə, bu işarələri birbaşa süjetin sonluğunu təyin edəcəyini iddia etmək olmaz.

Film bu cür bitsəydi, çox güman ki, bizim seyr etdiyimiz variantdan daha faciəvi alınardı. İdealist sovet müəlliminin bu cür aqibəti, sadəcə olaraq dəhşətlidir və Sovet rejiminin uca səslə ifşasıdır.

Rejissoru Həsən Seyidbəyli olan filmin ssenarisini Xalq Yazıçısı Maqsud İbrahimbəyov yazıb. Maqsud İbrahimbəyovla söhbətimiz zamanı o, israrla faciəvi sonluq variantını rədd edir. Ssenarist filmin məhz onun yazdığı sonluqla çəkildiyini deyir. Ona inanmamaq üçün heç bir əsasımız yoxdur.

Lakin bir sual açıq qalır: Bu faciəvi sonluğu kim uydurub? Bunu tapmaq asan deyil. Amma hər kim uydurubsa, pis uydurmayıb.

Qeyd edək ki, filmin adı əvvəl "O, əsgər deyildi” olub, daha sonra dəyişdirilib.

 

7News.Az

Xəbər lenti