RU
Cəlilabadda ziyarətgah ərazisindən sümük qalıqları çıxarıldı
14:20
28

Cəlilabadda ziyarətgah ərazisindən sümük qalıqları çıxarıldı

Cəlilabad rayonunda ziyarətgah ərazisində qazıntı işləri aparılıb.

7News.Az "Report"a istinadən xəbər verir ki, ərazidə aparılan qazıntı zamanı sümük qalıqları aşkar edilərək çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hazırda məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Qeyd edək ki, ziyarətgah hər hansı dövlət tarixi-mədəniyyət abidələri siyahısında qeydiyyatda olmasa da, yerli əhali üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ