Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz yeni avtomobil alıb.
7news.az xəbər verir ki, Cem ötən gün "Lamborghini Huracan Coupe” markalı maşını ilə İstanbulun Etiler ərazisində görüntülənib.
Avtomobilin nömrəsində oğlu Kamal və öz adının baş hərfləri qeyd olunduğu diqqətdən yayınmayıb.
Jurnalistlər "Xeyirli olsun, sizə çox yaraşır” sözünə "Hansı? Papaq?”- deyərək zarafatyana cavab verib.
Xatırladaq ki, "Lamborghini”nin qiyməti 460 min avrodur.








