RU
Cem daşıyıcı ana axtarır
16:30
499

Cem daşıyıcı ana axtarır

Müğənni Cem Adrian sosial media hesabında uşaqla çəkilmiş yeni fotosunu paylaşıb.

7News.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin fotoya yazdığı şərh izləyicilərini əsəbləşdirib. Belə ki, Cem şəkli yayımlayaraq surroqat ana (daşıyıcı ana - red.) axtardığını bildirib.

Sosial şəbəkə istifadəçiləri paylaşıma "Ümid edirəm ki, taparsan", "Övladlığa uşaq götürə bilərsən" kimi sözlər yazıblar.

Bu fikirlərdən sonra ifaçı açıqlama verib və onu tənqid edənləri qınayıb:

"Bu qədər məsum və sevgi dolu bir şəklin altına "Sadəcə uşaqlara olan sevgimdən və təbəssüm yaratmaq məqsədilə" yazdığım şərhə belə nifrətlə dolu fikirlər yazan inanlara görə, ölkəmiz adına pis oluram".
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ