7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Cem Yılmaz və Serenay Sarıkaya cütlüyü ilin sevgilisi hesab olunur. Birlikdə məkandan ayrılarkən jurnalistlərlə qarşılaşan cütlüyün xoşbəxtliyi gözlərindən oxunub. Birlikdə nahar edən cütlük məkan çıxışında jurnalistlərin suallarını cavablandırıblar.

Ötən aylarda Defne Samyeli ilə münasibətlərinə son qoyan Cem Yılmazın xoşbəxtliyi və rahatlığı diqqətdən yayınmadığı kimi, Serenay Sarıkayanın həyəcanını da görməyə dəyərdi.
Jurnalistlərin "ilk dəfə bir yerdəsiniz", sualına Cem Yılmaz əvvəlcə gülüb, daha sonra "xoşbəxtik" deyərək cavab verib.
Reportajın sonunda jurnalistlər maşınlarına minən cütlüyə günün mahnısı nədir deyə sual veriblər. Cem Yılmaz Yalının "Küçüğüm Herşeyim" mahnısını səsləndirib.
7News.Az








