RU
Cenniferlə Castin boşandı
11:50
688

Cenniferlə Castin boşandı

49 yaşlı aktrisa Cennifer Enistonla 46 yaşlı aktyor əri Castin Terudan boşanıb. 

7news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə cütlük rəsmi bəyanat yayıb: "Boşandığımızı elan edirik. Ötən ilin sonunda qəbul etdiyimiz bu qərar qarşılıqlıdır. Biz iki yaxın dostuq və bundan sonra belə də qalacağıq. Haqqımızda yazılan bütün xəyanət iddiaları yalandır. Biz bir-birimizə hər şeydən əvvəl hörmət və sevgimizi qoruyub saxlamağa çalışırıq”. 

Qeyd edək ki, Cenniferlə Castin 2015-ci ildə ailə qurub. Cennifer 2000-2005-ci illərdə aktyor Bred Pittlə ailəli olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ