Cənubi Koreyada kimya zavodunda yanğın: 7000 nəfər təxliyə edilib
7News.az xəbər verir ki, Cənubi Koreyanın Ulsan şəhərindəki kimya zavodunda baş verən yanğın nəticəsində təxminən 7000 nəfər təxliyə edilib. Qonşu şəhərlərdən əraziyə 200-dən çox əməkdaş, yanğınsöndürmə helikopterləri və xüsusi təchizatlı nəqliyyat vasitələri cəlb olunsa da, insan tələfatı olmadığı bildirilib.