RU
Ceyhun Mirzəyev xalq artistinə evlilik təklif edibmiş
12:20
442

Ceyhun Mirzəyev xalq artistinə evlilik təklif edibmiş

Xalq artisti, kinoaktrisa Elmira Şabanova gəncliyində həmkarı tərəfindən evlilik təklifi aldığını etiraf edib.

7News.Az ölkə.az-a istinadən xəbər verir ki, aktrisa bildirib ki, mərhum aktyor-rejissor Ceyhun Mirzəyev hətta ona nişanlısından ayrılmasını təklif edib:

"Nabranda çəkilişdəyik, həmin ərəfədə gələcək həyat yoldaşım Rüfət Şabanov mənə evlilik təklif etmişdi, nişanlıydıq. Ceyhun da qızların sevimlisi idi, hamı onun başına yığışırdı. Dedi ki, Rüfətlə evlənmə, o qocadır, beş il gözlə, mənimlə evlən. Sonra biz Rüfətlə evləndik və o bir müddət mənə kinoya çəkilməyə icazə vermədi".

Qeyd edək ki, C.Mirzəyev "Ögey ana" filmində və rejissoru olduğu "Fəryad" filmində İsmayıl obrazını canlandırıb.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ