ABŞ-ın Əfqanıstandakı səfirliyinin əməkdaşları gizli sənədləri, o cümlədən dövlət bayrağı və dövlət idarələrinin loqotipi əks olunan əşyaları məhv etmək tapşırığı alıb.
Amerika kəşfiyyatının məlumatına görə, Taliban yaxın 3-7 gün ərzində Kabili mühasirəyə alacaq. Ancaq bu, o demək deyil ki, talibançılar Kabili ələ keçirə biləcəklər.
ABŞ Dövlət Departamenti səfirlikdəki sənədlərin məhv edilməsini standart prosedur qayda hesab edib./olke
7NEWS.Az








