Aktrisa Ancelina Coli "Come Away"adlı filiminin çəkilişlərini başa vurduqdan sonra yenidən xeyriyyə işləri ilə məşğul olmağa başlayıb.
Bu barədə danışan Ancelina deyib:
"Danışdığım hər venesuelalı bir faciə ilə üzləşirdi. Eşitdim ki, onkoloji xəstəlikdən əziyyət çəkən və bunu müalicə etdirməyə imkanı olmayan, insulin ala bilməyən neçə-neçə şəkər xəstələri, antibiotiksiz qalan körpələr dünyasını dəyişib. Venesuelalılar kömək istəmirlər. Onlar özlərini idarə edə bilmək üçün şərait istəyirlər".
Coli eyni zamanda Peru prezidenti Martin Viskarra ilə də görüşüb.


7News.Az








