RU
Con Travolta məşhur Azərbaycan sənətçilərinin konsertində: “Möhtəşəm performans idi” - VİDEO
17:30
797

Con Travolta məşhur Azərbaycan sənətçilərinin konsertində: “Möhtəşəm performans idi” - VİDEO

Dünya şöhrətli amerikalı aktyor, "Qızıl Qlobus” və "Emmy” mükafatları laureatı Con Travolta Budapeştdə Azərbaycanın xalq artistləri, opera müğənniləri Yusif Eyvazov və Elçin Əzizovla görüşüb.

Budapeşt İncəsənət Sarayının səhnəsində opera divası, Rusiyanın Xalq artisti Anna Netrebko, Azərbaycanın xalq artistləri Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Cakomo Puççininin "Toska” operası nümayiş olunub. Tədbirin qonaqları arasında məşhur aktyor Con Travolta da olub.

Tamaşadan sonra o səhnə arxasına keçib və opera ulduzlarının istedadlarına heyranlığını bildirib.

 

"Möhtəşəm performans idi”, - deyə aktyor vurğulayıb.

Y. Eyvazov "Instagram” səhifəsində "İnanmayacaqsınız, uşaqlar - bu gün Con Travoltanın özü bizi alqışladı”, - deyə bu barədə paylaşım edib.

 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ