Tanınmış teleaparıcı Lalə Azərtaşın daha bir verilişi yayıma başlayır.
O gələn həftədən etibarən gündə 2 dəfə efirə çıxacaq.
Belə ki, Lalə Azərtaş "Təsir dairəsi” verilişi ilə yanaşı "Ümidlə yaşa” adlı yeni proqramın da aparıcısı olacaq.
Yeni veriliş saat 12:30-da, "Təsir dairəsi” isə 16:00-da başlayacaq.
"Ümidlə yaşa” adlanan yeni verilişdə ehtiyacı olan insanlara yardım ediləcək.








