İngiltərənin baş naziri Boris Conson xalqa müraciət edərək, ölkəsinin pandemiya ilə mübarizəsindəki son vəziyyəti açıqlayıb.
"Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Ümumdünya Səhiyyə Təşkilatına "tam şəffaflıq”la bağlı çağırış edib.
"Pandemiyanın nədən başladığını öyrənməliyik”, - baş nazir vurğulayıb.
B.Consonun sözlərinə görə, ölkədə koronavirusun yaratdığı təhdid hələ də ən yüksək səviyyədədir.
O, vaksinasiya məsələsinə də toxunub:
"Bu gedişlə 50 yaşdan yuxarı hər kəs aprelin sonunadək vaksinasiyadan keçə biləcək”.
7NEWS.Az








