RU
Daha 2577 məhkumu əfv etdi
13:10
25

Daha 2577 məhkumu əfv etdi

İranın Ali Lideri Müctəba Xamenei 2577 məhkumun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi barədə müraciəti müsbət cavablandırıb. 7News.Az "Pars Today" nəşrinə istinadən xəbər verir ki, qərar Məhəmməd peyğəmbərin və imam Cəfər Sadiqin mövlud günü münasibətilə qəbul edilib. Ali Lider ölkənin məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ejeinin əfvlə bağlı rəsmi müraciətini təmin etdikdən sonra müvafiq sərəncam imzalanıb. Bildirilir ki, bu sərəncam ümumi və inqilabi məhkəmələr, eləcə də hərbi və penitensiar ədalət mühakiməsi tərəfindən məhkum edilmiş şəxslərə şamil olunur. Xatırladaq ki, Müctəba Xamenei iyunun əvvəlində müxtəlif cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 min vətəndaşın əfv olunması barədə fərman imzalamışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ