RU
lombard
Daha bir ölkə Azərbaycanı DƏSTƏKLƏDİ
19:30
245

Daha bir ölkə Azərbaycanı DƏSTƏKLƏDİ

Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi, Dağlıq Qarabağ bölgəsində Azərbaycanla Ermənistan arasında davam edən şiddətli toqquşmalardan narahatlığını bildirib və insan və maddi itkilərə görə təəssüfləndiyini qeyd edib.

7News.Az xəbər verir ki, müvafiq bəyanat Əfqanıstan XİN-in saytında yayımlanıb.

"Dağlıq Qarabağ bölgəsi Azərbaycanın bir hissəsi olaraq beynəlxalq səviyyədə tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir və Azərbaycan  xalqı və hökumətinin və dünyanın digər ölkələrinin səylərini dəstəkləyir”,- deyə sənəddə qeyd olunub.

Bununla yanaşı Əfqanıstan Xarici İşlər Nazirliyi atəşkəsin bərpasına və bölgədəki uzun müddətdir davam edən böhranın sülh yolu ilə həllinə çağırıb.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ