RU
Daha bir ölkə “Bayraktar” alır
23:10
394

Daha bir ölkə “Bayraktar” alır

Litva Türkiyədən "Bayraktar TB2” almaq istədiyini açıqlayıb.

Bu barədə Litvanın müdafiə naziri Arvydas Anusauskas məlumat verib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə danışıqlara başlanılıb. 

Rusiyanın Ukraynaya təcavüzündən dərs aldıqlarını qeyd edən litvalı nazir bildirib ki, silahlı qüvvələrin daha etibarlı şəkildə təmin olunması istiqamətində planlar hazırlanır.

Qeyd edək ki, alınacaq "Bayraktar TB2” Ukraynaya veriləcək.

Artıq Litva televiziyası "Laisves TV”nin təşəbbüsü və Litva Müdafiə Nazirliyi tərəfindən dəstəklənən kampaniya başlayıb. Təşəbbüsə sənətçilər, sosial media fenomenləri, iş adamları kimi bir çox dairədən dəstək verilib.

Hərbi texnikanın alınması üçün tələb olunan 5 milyon dollar bir neçə gün ərzində toplanıb. Hazırda Litvanın müdafiə nazirinin müavini Vilius Semeska Türkiyəyə səfər edərək danışıqlara başlayıb. Razılaşma əldə olunarsa, Litva "Bayraktar TB2”ni Kiyevə çatdıracaq./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ